Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

 “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

Belə ki, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə əvəz edilib.

.