Dünyanın ikinci raketkası, belaruslu tennisçi Arina Sobolenko “Australian Open 2024”ün qalibi olub və bununla da ötənilki titulunu qoruyub.

“Australian Open”in finalında Sobolenko dünyanın 15-ci raketkası, Çin təmsilçisi Çjen Sinvenə 6:3, 6:2 hesabı ilə qalib gəlib. Tennisçilərin görüşü 1 saat 17 dəqiqə davam edib.

Qeyd edək ki, kişi raketka ustalarının turnirində final oyunu sabah baş tutacaq - italiyalı Yannik Sinner rusiyalı Daniil Medvedevlə mövsümün ilk "Böyük Dəbilqə" Kubokunun sahibini müəyyən edəcəklər.

.