ATƏT marginal təşkilata çevrilir və Polşa hazırkı sədr kimi onun məzarını qazır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Nəhayət Avropada təhlükəsizlik məkanı parçalanır və ATƏT-in özü də yumşaq desək, marginal quruma çevrilir. Son bir neçə ildə ATƏT-in fəaliyyətdə olan sədrləri bu mənfi tendensiyanın qarşısını almağa qətiyyən həvəs göstərməyiblər. İsveçlilər keçən il sədr olublar və hətta o vaxtlar onlar dürüst broker kimi çıxış etməyi dayandırıblar, lakin ATƏT-də Qərb siyasətinin fəal iştirakçıları kimi çıxış ediblər. Əslində ATƏT-in dəfn mərasimini hazırlamağa isveçlilər başlayıb və bizim polşalı qonşularımız bütün bu il konsensus mədəniyyətinin qalıqlarını məhv edərək səylə bu təşkilat üçün məzar qazıblar”, - Rusiya XİN başçısı qeyd edib.

.