Laçınrayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdəİraqKürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
"Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır”.
Bunu isəAPA-ya açıqlamasında "Facebook” sosial şəbəkəsində ŞimaliİraqKürdüstan Muxtariyyətində müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verənLaçınrayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev deyib.
"Facebook” sosial şəbəkəsindəki səhifəsindəLaçınrayon İcra Hakimiyyətində çalışdığını qeyd edən F. Tanirverdiyev rəsmi şəxs kimi Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmə dəstəklə bağlı mövqeyinə aydınlıq gətirməsi barədə ona sual ünvanlayanAPAİnformasiya Agentliyini məhkəməyə verməklə də hədələyib: "Mən rəsmi şəxsəm, siz rəsmi dövlət orqanısınız ki, sizə açıqlama verim? Rəsmi orqanlar çağırar, gedib açıqlama verərəm. Siz Dövlət Təhlükəsizliyi Xidmətisiniz, Daxili İşlər Nazirliyisiniz? Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm. Məni separatçı kimi görürsünüzsə, gedin, məhkəməyə verin. Mən bunu separatizm kimi görmürəm".
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsindəİraqKürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, ŞimaliİraqKürd Muxtariyyətinin rəhbəriMəsudBərzaninin fotolarını paylaşıb.
