Küveytin "Əl-Rəy” qəzetinin verdiyi məlumata görə, İŞİD (İraq və Şam İslami Dövləti) terror qruplşması körfəz ölkələri və Türkiyəyə müdaxilə etmək niyyətindədir. Bu haqda Küveytin baş müftisi Şafi Əl-Əcmi məlumat verib. Suriyada şiələrin qətliam edilməsinə birbaşa fətva verən sözügedən müfti indi nədənsə İŞİD-in təhlükəsindən söz açaraq, xəbərdarlıq edib. O, deyib: "İŞİD-in cəhənnəm planı və intiharçı hücumları Küveytlə məhdudlaşmayacaq. Bu alov bütün Fars körfəzi ölkələrini bürüyəcək. Bu dəstənin cihadla heç bir əlaqəsi yoxdur.” Müfti həmçinin İŞİD-in Türkiyə haqda planlarına da toxunaraq, deyib: "Türkiyə də İŞİD-in təhlükəsindən sığortalanmayıb. Bu yaxınlarda Türkiyə hökuməti sözügedən qruplaşmaya aid olan 9 bomba dolu maşın aşkarlayıb.”
"Əl-Nəşrə” portalının verdiyi məlumata əsasən Küveyt parlamentinin nümayəndəsi Saleh Aşur məclisdə çıxışı zamanı məlum təhlükədən söz açaraq deyib: "Təhlükəsizlik orqanlarının verdiyi açıqlamalara görə, Fars körfəzi ölkələrindən olan 20 min döyüşçü Küveytə girmək ərəfəsindədirlər. Buna görə də bu məsələ olduqca əhəmiyyətli bir mövzudur. Küveyt və körfəz ölkələrini ciddi təhlükə ilə üzləşdirib.”
.