Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən uşaq Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Yenizaman.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun report-a dediyinə görə, həmin şəxsin 2007-ci il təvəllüdlü Ruslan Məmmədov olduğu müəyyənləşib.

T.Mərdanoğlu bildirib ki, Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində onun  olduğu yer müəyyənləşdirilib və o, Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Dövlət Komitəsinin sözçüsü qeyd edib ki, R.Məmmədovun 15 gün müddətinə dispanserdə müayinə və müalicələrə cəlb olunmasına qərar verilib:

"Ruslan Məmmədov bundan əvvəl də dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq o, tibb müəssisəsini tərk edib".

.