Kürdəmir rayon sakini iki nəfəri bıçaqlayıb. "Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Kürdəmir rayon sakini Ramin Baxçiyev İlqar Tağıyevə və Musa Xudapirimova bıçaqla xəsarət yetirib.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Baxçiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
.
