Kübra Dadaşova Yasamal qəbiristanlığında dəfn olunacaq

5,163 oxunub

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova Yasamal qəbiristanlığında dəfn olunacaq.

Gənc Tamaşaçılar Teatrından AzNews.az-a verilən məlumata görə, mərhumə anasının yanında dəfn olunacaq.

Kübra Dadaşova ilə vida mərasimi "TəzəPir” məscidində keçiriləcək.

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova fevralın 12-də vəfat edib. Aktrisa şəkər xəstəliyindən əziyyət çəkirdi.

.
Təqvim