Amerikalı aktyor Kris Rok “Oskar”ın gələn il üçün təqdimetmə mərasimində aparıcı olmaqdan imtina edib.

Öncəki mərasimdə aktyor Uill Smitin şillə vurduğu Rok ona edilən aparıcılıq təklifindən imtina etdiyini bildirib.

Eyni zamanda Kris Rok Superkubok reklamında çəkilmək təklifi aldığını, lakin bu təklifi də qəbul etmədiyini qeyd edib.

Komediya aktyoru “Oskar” mükafatına qayıtmağı cinayət səhnəsinə qayıtmaqla müqayisə edib.

.