Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb", - deyə Kremlin sözçüsü vurğulayıb.

Kreml: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb

Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqları davam etdirirlər, bəzi məsələlər artıq razılaşdırılıb", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması ilə bağlı da danışıb. Bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

.