Rusiyanın səsləndirdiyi tələbləri müzakirə etmək üçün Kiyevin siyasi iradəsi və hazırlığı olmalıdır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peksov “Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtləri yerinə yetirməlidir?” sualına cavabında bildirib.

"Bu, siyasi iradə və Rusiyanın hamıya məlum olan tələblərini müzakirə etmək istəyi olmalıdır", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov: Ukrayna ilə hazırda heç bir danışıq mümkün deyil

Ukrayna ilə indi heç bir danışıqlar mümkün deyil, çünki Kiyev onları qəti şəkildə inkar edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin atəşkəs çağırışlarının hazırda ciddi olmadığı barədə bəyanatını şərh edərkən bildirib.

"Həqiqətən də, hazırda heç bir danışıq aparmaq mümkün deyil, çünki Ukrayna tərəfi onları qəti şəkildə inkar edir. Xüsusi hərbi əməliyyat davam edir", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ştaynmayerin atəşkəslə bağlı istənilən çağırışların hazırda ciddi olmadığını və bunun Rusiyanın qələbəsi və düzgünlüyü anlamına gələcəyini bildirib.

.