Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiyaya səfərə dəvətdən imtina etməsi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

“Fakt budur ki, Çində müəyyən koronavirus məhdudiyyətləri davam edir və bu, tamamilə normaldır. Buna anlayışla yanaşmaq lazımdır. Həm Putinin Çinə, həm də Si Cinpinin Rusiyaya səfər etmək üçün qüvvədə olan dəvət var. Məhdudiyyətlərin yüngülləşdirilməsi imkan verəcək ki, bütün səfərlər həyata keçirilsin”, - Rusiya Prezidentin sözçüsü vurğulayıb.

.