
Rusiya baş prokuroru İqor Krasnov prezident Vladimir Putinə Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyan təşkil etmək cəhdi ilə bağlı açılan cinayət işi barədə məlumat verib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi, FTX, Daxili İşlər Nazirliyi, Rosqvardiya Putinə silahlı üsyana cəhdlə bağlı dövlət başçısının verdiyi tapşırıqlardan sonra görülən tədbirlər barədə gecə-gündüz rejimində hesabat verir.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və Vaqner döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb.
.