Kreml Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini öz ərazisindəki fəaliyyəti adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Qarabağdakı vəziyyət barədə danışarkən bildirib ki, de-yure söhbət Bakının öz ərazisindəki hərəkətlərindən gedir

Onun sözlərinə görə, Moskva Ermənistanın Qarabağla bağlı öz ünvanına qınaqlarını qəbul etmir:"Bunlar əsassızdır".

Kreml rəsmisi Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqların vaxtı ilə bağlı razılığa gəlməyi gözlədiklərini, Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarım hələ nəzərdə tutulmadığını, lazım gələrsə, razılaşdırıla biləcəyini də söyləyib.

.