
Rusiyalı həkim və aparıcı Yelena Malışeva bildirib ki, qara bibər koronavirusdan qorunmağa kömək edə bilər.
Gazeta.ru-nun məlumatına görə, bu barədə Y.Malışeva “Sağlam yaşamaq” proqramında bildirib.
O deyib ki, qara bibərin tərkibindəki piperin maddəsi SARS-CoV-2-nin bir sıra hissəciklərinin fəaliyyətini dayandırır. Həmin hissəciklər virusun yayılmasına və insan orqanizminə daxil olmasına yardım edir.
Həmçinin qara bibər antibakterial xüsusiyyətə sahibdir.
.