“Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb".

Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.

O bildirib ki, bu layihə tamamlandıqdan sonra 8 000 məcburi köçkünün öz yurd-yuvalarında təmiz su ilə təmin olunacağına ümid edirlər.

.