Zəlzələ nəticəsində Manisales şəhərində 12 nəfər ölüb.
Bu barədə Manisales şəhərinin meri Xorxe Roxas “Blu Radio”ya məlumat verib.
Onun sözlərinə görə, Manisalesdə 10 bina tamamilə dağılıb, 20-dən çox yaşayış binasına isə qismən ziyan dəyib.
Bundan başqa, iki xəstəxana, bir sıra məktəb və kilsələrə zərər dəyib.
Yerli medianın xilasedicilərə istinadən yaydığı məlumata görə, Çoko departamentində isə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
***
Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələnin fəsadları ilə bağlı yeni məlumatlar yayılıb. Kalidə zəlzələ nəticəsində azı 20 binanın dağıldığı, bəzi insanların isə dağıntılar altında qaldığı bildirilir.
Bu barədə şəhər meri məlumat verib.
Xilasetmə və fövqəladə hallar xidmətləri dağıntılar altında qalan insanların axtarışını davam etdirir.
.
