Köhnə məhkum narkotiklə tutuldu - “özüm də çəkəniyəm...” + Foto

4,767 oxunub

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb.

ARB TV xəbər verir ki, Əliyevin evinə baxış zamanı isə oradan 8 kiloqram marixuana aşkarlanıb.

Xaləddin Əliyev - Saxlanılan şəxs: "Paketi tapıb evə gətirdim. Özüm də istifadə edənəm. Sonra polis əməkdaşları gəlib, yoxlayanda həyətdən bunu tapdılar".

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

AzNews.az

.
Təqvim