“Orta Dəhlizin uğuru və onun potensialından tam istifadə infrastrukturumuzu və nəqliyyat sistemlərimizi nə qədər effektiv şəkildə birləşdirməyimizdən asılıdır. Belə əməkdaşlığın yaxşı nümunəsi Gürcüstan, Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən və iyun ayından bəri tam fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yoludur”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən Beynəlxalq Dəniz Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, məqsəd Orta Dəhlizi daha sürətli, daha etibarlı və daha proqnozlaşdırıla bilən etməkdir.
“Bunun üçün əlaqələndirilmiş fəaliyyət və Qara dəniz regionu ilə əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir”, - Kobaxidze əlavə edib.
.
