Klinik Tibbi Mərkəzin həyətində tanışını bıçaqlayan şəxs saxlanılıb.

Ötən il dekabrın 23-də saat 13 radələrində Nəsimi rayonu, M.Qasımov küçəsi 1 ünvanında yerləşən Klinik Tibbi Mərkəzin həyətində tanışı Romal Məmmədovu bıçaqlayaraq hadisə yerindən yayınan Rüstəm Zeynalov hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tutulub.

Ona Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham verilib.

.