"Udar” partiyasının sədri Vitali Kliçko Kiyev şəhərinin meri olmağa çox yaxındır.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukrayna Mərkəzi Seçki Komissiyası bu saata qədər səslərin 40%-ni hesablayıb. Kliçko hazırda 55.7% səs toplayaraq liderliyini davam etdirməkdədir.
Keçmiş boksçunun rəqibləri isə ondan çox geridə qalır. Lesya Orabeç 8.45%, Vladimir Bondarenko 8.34%, Aleksandır Omelçenko 7.45%, Nikolay Katerniçik isə 5.1% səs toplayıb.
.