Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik geri çağırılaraq Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunacaq.

Bu barədə Almaniya mediası yazıb.

“Bild” qəzeti Kiyevdəki bir neçə mənbəyə istinadən bildirib ki, XİN bunu prezident Vladimir Zelenskiyə təklif edib və 46 yaşlı diplomat payızda dəyişə bilər.

Qəzet yazır ki, Melnik xarici işlər nazirinin müavini ola bilər.

“Süddeutsche Zeitung” qəzeti də Ukrayna Prezident Aparatındakı mənbələrə istinadən yazıb ki, Melnik Berlindəki vəzifəsini tərk edərək Kiyevdə Xarici İşlər Nazirliyinə keçəcək.

Xatırladaq edək ki, Andriy Melnik Almaniyada federal hökumətin Ukrayna siyasətini kəskin tənqid etməsi ilə tanınır.

.