Ukrayna bəzi Rusiya mənşəli olmayan neft tankerlərini və Qazaxıstan neftinin ixracı üçün mühüm əhəmiyyət daşıyan Qara dəniz infrastrukturunu hədəfə almamağa razılaşıb.
“Bloomberg“in məlumatına görə, bu barədə ABŞ rəsmisi bildirib.
Razılaşdırılmış şərtlərə görə, yalnız Rusiya ilə əlaqəli, Ukraynanın sanksiyaları altında olmayan və Rusiyaya aid yük daşımayan gəmilər hədəfə alınmayacaq.
Məlumata görə, Ukrayna ötən ay bir sıra gəmilərə endirilən zərbələrdən sonra neft yükləmələrinin dayandırılması fonunda kommersiya gəmiçilik şirkətlərinin təhlükəsiz keçidi təmin etmək məqsədilə məlumat mübadiləsi aparmasına imkan verən əlaqələndirici şəxslər və kanallar yaradıb.
ABŞ rəsmisinin sözlərinə görə, bu mexanizm kommersiya gəmilərinin hərəkəti barədə məlumatların Ukrayna tərəfinə çatdırılmasına və onların təhlükəsiz keçidinin təmin edilməsinə xidmət edəcək.
Məsələ xüsusilə Qazaxıstan neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) marşrutu baxımından əhəmiyyətlidir.
Məlumata görə, Ukraynanın son hücumları nəticəsində bəzi neft tankerlərinin yüklənməsinin dayandırılması Qazaxıstan neftinin ixracına təsir göstərib.
.
