ABŞ-ın prezidenti Donald Trampın müşavirlərindən biri Amerika qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi imkanını istisna etməyib. Digər müşavir isə əlavə edib ki, hələ yekun qərar verilməyib və bu məsələ ictimaiyyət qarşısında müzakirə olunmayacaq.

Bu haqda məlumat "Axios" nəşrində yer alıb.

Nəşrin yazdığına görə, Trampın müşavirlərindən biri jurnalistlərin “təhlükəsizlik zəmanətlərinə ABŞ hərbi kontingentinin iştirakı da daxil ola bilərmi?” sualına müsbət cavab verib.

Bununla belə, digər müşavir qeyd edib ki, məsələ ilə bağlı hələ rəsmi qərar yoxdur və "bu barədə mətbuatda danışıqlar aparılmayacaq".

.