
Kanadada 15-17 iyun tarixlərində keçiriləcək Yeddilik Qrupunun (G7) sammitinin iştirakçıları, ABŞ Prezidenti Donald Tramp və bu birliyin digər ölkə liderləri arasındakı fikir ayrılıqlarını vurğulamamaq üçün əvvəlcədən birgə bəyanatdan imtina edə bilərlər.
Yapon iqtisadi qəzeti “Nikkei”yə istinadən xəbər verir ki, hazırda sənəd layihəsinin müzakirəsi aparılmır.
Mənbələrinin məlumatına görə, vahid bəyanat əvəzinə, yeddi ayrı sənədin qəbul edilməsi nəzərdə tutulur. Bunlar faydalı qazıntılar, süni intellekt, infrastruktur, miqrasiya problemləri kimi sahələrdə əməkdaşlığa həsr olunacaq. Həmçinin, nəşrə görə, Tramp və digər liderlər arasında aradan qaldırıla bilməyən fikir ayrılıqları olan dünya ticarəti və ya Rusiya ilə münasibətlər məsələlərinə toxunmamaq nəzərdə tutulur.
Qəzet xatırladır ki, Trampın ilk prezidentlik müddətində 2018 və 2019-cu illərdə G7 sammitlərinin iştirakçıları birgə bəyanatlar qəbul etməyə çalışarkən böyük problemlərlə üzləşiblər.
.