Avropa İttifaqının Xarici İşlər Şurasının növbəti iclasının Kiyevdə keçiriləcəyi gözlənilir.

Bu barədə ANSA agentliyi üç fərqli mənbəyə istinadən məlumat yayıb.

İtaliyanın xəbər agentliyi bildirir ki, Avropanın 27 ölkəsinin XİN rəhbərləri "oktyabrın əvvəlində" Ukraynanın paytaxtında görüşəcək.

Mənbələrin fikrincə, məqsəd Ukraynanın Aİ-yə “siyasi inteqrasiya”sı, əks-hücum cəbhəsində Ukrayna üçün kritik mərhələdə Aİ-nin dəstəyini göstərmək və Ukraynaya hərbi yardımın artırılması, Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi və yüksək texnologiyaların ixracı məsələsində Rusiyanın sanksiyalardan yayınması kimi məsələləri müzakirə etməkdir.

.