Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib.

Bu barədə o, TASS-a açıqlamasında bildirib.
FİDE prezidenti təşkilatın rəhbəri vəzifəsindən getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər, lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu, amerikalıların işidir".
Qeyd edək ki, FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın prezidentliyindən istefa verdiyi haqda məlumat yerləşdirilib.

***
FİDE-nin prezidenti Kirsan İlyumjinov istefa verib.
Apasport.az saytının məlumatına görə, bu, qurumun rəsmi saytında açıqlanıb.
Bildirilir ki, Afinada İlyumjinov qərarını FİDE-nin Prezident Şurasının Afinada keçirilən iclasında verib.
Qeyd edək ki, 1995-ci ildən federasiyaya rəhbərlik edən rusiyalı funksioner 2014-cü ildə növbəti dəfə rəhbər seçilmişdi.

.