Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın XİN rəhbəri Cavad Zəriflə görüş keçirib. "Altılıq" ölkələri ilə İran arasında nüvə müzakirələrinin yeni mərhələsindən öncə Avstriyanın paytaxtı Vyanada bir araya gələn siyasətçilər bağlı qapılar arxasında danışıq aparıblar.
Qeyd edək ki, Vyanada sabah İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın iştirakı ilə 2 gün davam edəcək nüvə müzakirələri start götürəcək.
.
