Baş Dövlət Yol Polis İdarəsi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına bağlı görülən işlərlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Ötən gün karantin rejimini pozan 1909 nəfər cəzalandırılıb

Ötən gün respublikanın avtomobil yollarında nəqliyyat vasitələri tərəfindən xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən  verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.


.