"Bəzi hallarda media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edirik".

Bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bir sıra hallarda yazılanlarla bağlı həmin şəxslər barəsində inzibati icraat başlanılıb:

“Cəmiyyətdə isə bizi buna görə qəbul etmir, prokurorluğu günahlandırırlar. Biz prokurorluq olaraq haqlı tənqidə açığıq. Biz mediaya açıq qurumuq. Lakin etik qaydalar var, onlar pozulmamalıdır. Bəzi media nümayəndələri qərəzli olaraq qıcıq yaradırlar. Bu da təbidir. Lakin yazılarda etik qaydalar pozulmamalıdır”.

.