"Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb”.

"Report”un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, onlardan 7 nəfəri idarəyə dəvət edilərək, xəbərdarlıq olunub: "Qalan 20 nəfər barəsində isə iş məhkəmələrə göndərilib, inzibati cəza tədbirləri görülüb”.
.