Qalmaqallı idmançı Kamil Zeynallı ATV-də aparıcılıq etdiyi verilişdən gedib.

AzNews.az xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə "Kişi klubu" verilişinin aparıcısı Kamil Zeynallı ATV-dən gedib.

Belə ki, bazar günü efirə gedən verilişdə Kamilin yerinə ixtisasca həkim olan Cahid Şahbazov verilişi aparıb.
Qeyd edək ki, teleaparıcı son illər jurnalistlərlə qalmaqal yaşayırdı.

.