
“NATO-ya üzv ölkələr müdafiə xərclərinin artırılmasında maraqlıdır. İspaniya, Lüksemburq, eləcə də bir sıra digər dövlətlər ilin sonunadək müdafiə xərclərində 2 faizlik artım göstəricisinə çatmaq istəyir”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas keçirdiyi brifinqdə deyib.
O eyni zamanda Ukraynaya dəstəyin 5 faiz həcmində artırılması ilə bağlı fikirləri şərh edib:
“Rəqəmlər və alyansın malik olduğu imkanlar bir-birindən fərqli anlayışlardır. Ukraynanın müdafiəsi və Şimali Atlantika Alyansının müdafiəsinin təşkili eyni anlayışlardır. O ki qaldı 5 faizlik artım göstəricisinə, bu barədə yekun qərarı NATO verəcək”.
K. Kallas Rusiyanın dinc əhalini hədəfə alması faktlarına toxunaraq, bununla Ukraynaya daha çox zərər vurulmasının hədəfləndiyini söyləyib:
“Dinc sakinlərə və mülki infrastruktura mütəmadi hücumların təşkili beynəlxalq humaitar hüquqa ziddir. Rusiya bunu hər zaman edir”.
.