Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Bu barədə rəsmi şəxslərə istinadən "Lusa" agentliyi məlumat yayıb.
Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.
Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.
"6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.
Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.
Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
.
