“Bizim hörmətli qonağımız cənab Prezident İlham Əliyevi salamlayıram. Mən bir aydan bir az çox müddət öncə Bakıda oldum. Orada mənə cənab İlham Əliyev kimi dost tərəfindən isti, mehriban qonaqpərvərlik göstərildi”.

Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Orada mən cənab Prezidenti buraya dəvət etdim. Qısa bir zamanda cənab Prezident buraya səfər edib, Bosniya və Herseqovinanın dostu olduğunu sübut edib”, – o qeyd edib.

Bosniya və Herseqovina lideri: Azərbaycanda səfirliyin açılması üçün XİN-ə təlimat vermişik

Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç deyib.

O bildirib ki, bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq.

“Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik və əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik”, - xanım Jelka Tsviyanoviç vurğulayıb.

Jelka Tsviyanoviç: Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb

“Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb, artıq biz indi praktiki əməkdaşlığa başlayırıq. Dünən biz Azərbaycanın iqtisadiyyat naziri və nümayəndə heyəti ilə görüş keçirdik”.

Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Bizim Nazirlər Şurasında və işgüzar dairələrdə görüşlər həyata keçirildi ki, biz hansı istiqamətdə əməkdaşlığımızı davam etdirə bilərik. Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən keçirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə təlimat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik” – deyə o qeyd edib.

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Azərbaycan bizim üçün çox mühüm ölkədir

Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu
məsələdə də inkişaf görürük.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç deyib.

“Cənab Prezident, Sizi burada salamlamaq mənim üçün böyük şərəfdir. Sağ olun ki, mənim dəvətimi qəbul etdiniz. Şadam ki, bu gün biz bu fürsəti əldə etmişik. Burada da əzmimizi ifadə edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik”, - o bildirib.

.