Jan-Klod Van Damma meydan oxuyan uşaq - Mingəçevir - Video + Fotolar

10,998 oxunub
8 yaşlı Nihad hərəkətdə olan 2 avtomobil arasında "şpakat" açıb.

Yenizaman.az ARB-yə istinadən xəbər verir ki, Mingəçevir sakini, 8 yaşlı Nihad Ağayevin real həyatda etdiyi tryuklar onu izləyənləri heyrətə gətirir. O, hərəkətdə olan iki avtomobil arasında "şpakat" açaraq, görənləri mat qoyur.

Nihad Ağayevin istedadı bununla bitmir. O, Mingəçevirdə fəaliyyət göstərən kikboksinq idman klubunun üzvüdür. Dəfələrlə yarışlarda mübarizə aparan Nihadın bir sıra uğurları var. Azyaşlı 2016-cı ildə həmyaşıdları arasında Azərbaycan çempionu olub. Bununla yanaşı, o, paytaxt Bakıda təşkil edilən qaydasız döyüş növü üzrə Avrasiya Çempionatında qızıl medal əldə edib.

Nihadın atası, eyni zamanda onun müəllimi olan Emin Ağayev deyir ki, övladının istedadını 4 yaşında kəşf edib.

Nihad Ağayev hər gün təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Onun ən böyük arzularından biri Avropa və Dünya çempionu olmaqdır. Hazırda azyaşlı kikboksinqçi mart ayında Bakıda təşkil ediləcək Azərbaycan Çempionatına hazırlaşır. Onun məqsədi bu nüfuzlu turnirdə uğurla çıxış etməkdir.

 etməkdir.



.
XƏBƏRLƏR 06-11-2026
14:36 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
14:25 Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:14 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
14:05 Kreml: Ermənistanın üzvlüyü KTMT-də aparılan müzakirələrdən sonra müəyyən ediləcək 
13:51 Kreml Rusiya nümayəndə heyətinin Vaşinqtonda Melaniya Trampla görüşünü müsbət qiymətləndirir
13:37 Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir 
13:28 Son beş ildə peşə məktəblərinə qəbul 70 faiz artıb
12:49 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
12:41 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
12:38 Sabah yağış yağacaq, şimşək çaxacaq
12:23 Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir
12:10 “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır
11:42 Paşinyan: Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması ilə bağlı problem yoxdur
11:39 Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
11:28 Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib
Təqvim