2024-cü il martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki,buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

 

Əlavə edilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

.