Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Yenizaman bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.
Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda - 36 adda 16036 ədəd dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
.
