İstanbulda "Taksim" meydanında polis məntəqəsinə silahlı basqın olub.
RIA Novosti agentliyinin verdiyi xəbərə görə, atəş açan şəxsin qadın olduğu ehtimal edilir.
Basqından sonra o, avtomat silahı hadisə yerində qoyaraq qaçıb. Naməlum şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri başlayıb.
Basqın nəticəsində ölən və ya yaralanan olmayıb.
Hadisənin ardınca "Taksim"də şübhəli paketlə də bağlı həyəcan siqnalı verilib..