İstanbul derbisinin qalibi məlum oldu - FOTOLAR - VİDEO

10,936 oxunub

Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib.

Yenizaman.az Report-a istinadən xəbər verir ki, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib.

"Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.


Video Player
00:00
00:19

.
Təqvim