İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılış mərasimi olub.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

"Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür", - səfirlik bildirib.

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.
 

.