İspaniyada meşələri yandırmaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Bu barədə İspaniya mediası məlumat yayıb.

Bildirilib ki, onlardan ikisi Almoroksda (Toledo) meşədə qaynaq işləri aparıb.

Bundan əlavə, Kataloniyanın ali məhkəməsi meşə yanğını törətməkdə təqsirləndirilən 58 yaşlı şəxsi həbs edib.

Qeyd olunub ki, yanğın 450 hektardan çox meşə və kənd təsərrüfatı sahələrini, eləcə də müəssisə və yaşayış evlərini əhatə edib.

.