İyunun 10-dan bu yana Mosulda işğalını davam etdirən və xilafət elan edən İraq Şam İslam Dövləti (İŞİD) "haram və qadağan” siyahısına yenilərini əlavə edib.
Virtualaz.org xarici nəşrlərə istinadən xəbər verir ki, Mosulda mağazalarda turşu, sirkə və çərəzi haram sayan İŞİD bu maddələrin iş yerlərində də satılmasını qadağan edib.
İşğal etdiyi bölgələrdə qatı şəriət qaydaları tətbiq edən İŞİD Mosulda yaşayanlara yeni qaydaları qəbul etdirir. Şəhərdəki bazarlarda yoxlamalar aparan İŞİD üzvləri quru meyvə, turşu və sirkə dükanlarını bağlayaraq mallara əl qoyublar.
İŞİD-in qadağası paltar sahəsində də davam edir. Onlar kişilərin əfqan paltarı geyinməsini tələb edirlər.
İŞİD həmçinin, yerli camaatı İraq dövlətinin verdiyi şəxsiyyət vəsiqələrini təhvil verib, özlərinin hazırladığı - İslam Dövlətinin şəxsiyyət vəsiqələrini almağa çağırır.
.