İraqın Baş naziri Əli əl-Zeydi iyulun 13-də rəsmi nümayəndə heyətinin rəhbəri kimi Vaşinqtona səfər edəcək.
Bu barədə İraq hökumətinin nümayəndəsi Heydər əl-Abudi bazar günü keçirilən mətbuat konfransında məlumat verib
"İmzalanacaq sazişlərə neft-qaz sektorunda qarşılıqlı anlaşma üzrə bir neçə memorandum daxil olacaq, çünki İraq neft hasilatı gücünün artırılmasına təkan verəcək müxtəlif Amerika şirkətlərini əməkdaşlığa cəlb etməyə hazırlaşır", - deyə o bildirib.
ABŞ, İraq və Suriya İraqın şimalındakı neft yataqlarını Suriyanın Aralıq dənizi sahilləri ilə birləşdirən tarixi Kərkük-Banyas neft kəmərinin bərpası ilə bağlı planları açıqlamağa hazırlaşır.
Bir sıra media orqanlarının məlumatına görə, sözügedən saziş İraq Baş nazirinin ABŞ Prezidenti Donald Trampla görüşəcəyi Ağ Evdəki səfəri zamanı təqdim ediləcək.
.
