İraqda son sutka ərzində 279 silahlı öldürülüb. Musavat.com xəbər verir ki, məlumatı "Frans Press” İraq hökumətinin mətbuat xidmətinə istinadən yayıb.
Qeyd edək ki, "İraq və Şam İslam ordusu” qruplaşması İraqın şimal-şərqindəki əyalətləri ələ keçirib.
Bundan sonra ABŞ prezidenti Barak Obama bəyan edib ki, Birləşmiş Ştatlar İraqa kömək etməyə hazır olsa da, döyüş əməliyyatlarında iştirak üçün qoşun göndərməyəcək.
.
