İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi doğma şəhəri olan Məşhəddə başlayıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Dəfn mərasimi iyulun 4-dən İranın Tehran və Qum şəhərlərində, eləcə də İraqda - müsəlmanlar üçün müqəddəs olan Nəcəf və Kərbəla şəhərlərində Xameneinin xatirəsinə keçirilən matəm tədbirlərinin yekunu olacaq.

Qeyd olunub ki, matəm tədbirlərində dünyanın 45-dən çox ölkəsindən siyasi xadimlər, həmçinin 90-dan çox ölkədən alimlər, dini liderlər və tədqiqatçılar iştirak ediblər.

Xatırladaq ki, İranın keçmiş ali lideri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub.

.