İran və Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend arasında telefon danışığı olub.

Tərəflər söhbət zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Abbas Əraqçi həmin gün Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə də telefon danışığı aparıb.

Telefon danışığında İran və Hindistan xarici işlər nazirləri ikitərəfli əlaqələr və regiondakı son vəziyyəti müzakirə ediblər.
 

.