İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.

Bununla bağlı diplomatik missiyanın "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir", - paylaşımda qeyd olunub.

.