İraqın hakimiyyəti Mosul rayonu ərazisində ekstremistlərin mövqelərinə aviazərbələr endirən təyyarələrdə edilən video-çəkilişi yayıb.
Yenizaman.az Euronews-a istinadən xəbər verir ki, aviasiya və yüksək dəqiqliyə malik silahların tətbiqinə baxmayaraq hökumət qoşunları "İraq Şam İslam Dövləti” ilə mübarizədə əldə etdikləri uğurlar barədə danışa bilmirlər.
Son günlər ərzində onlar Suriya ilə sərhəddə daha da möhkəmləniblər: daha öncə iki ölkəni birləşdirən vacib strateji dəhlizi ələ keçirə bilmişdilər.
Bu, yaraqlılara sərhəddin hər iki tərəfində insanlar və sursatlarla manevr etmək imkanı verəcək.
Bununla yanaşı İran sülh təşəbbüsü ilə çıxış edir.
İslam respublikasının prezidenti Həsən Ruhani tərəfləri Ramazan ayı boyunca sülh bağlamağa çağırıb. Müsəlman aləminin müqəddəs Ramazan ayı bu həftənin cümə günündə başlayır.
"Terroristləri öz neftedolları ilə yedizdirənlərə isə deyərdik ki, əmin olun, sabah sizin də növbəniz çatacaq. Qəddar terroristlər, terrorizmi dəstəkləyənlərin dalınca gələcək”.
İranın dini lideri Ayətullah Xameyni ABŞ-ın münaqişəyə müdaxiləsini qətiyyətlə pisləyib.
Əvvəllər Vaşinqtonda Tehran ilə İraqda vəziyyətin normallaşması sahəsində yüksək səviyyədə əməkdaşlıq istisna edilmirdi.
.