Hörmüz boğazı açıqdır.

Bunu İranın Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının müavini briqada generalı Kioumərs Heydəri İran dövlət televiziyasına müsahibəsində bildirib.

“Hörmüz boğazı açıq qalır və buradan keçən gəmilər beynəlxalq protokollara uyğun şəkildə idarə olunur”, - o bildirib.

SEPAH-ın bu gün yaydığı məlumatda isə deyilir ki, daha əvvəl də bəyan etdikləri kimi, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq və hamı buna tabe olmalıdır.

.